Sınaqlar və sertifikatlar

Sınaqlar və sertifikatlar

Ceramic Pro-nun misilsiz qoruma verdiyini iddia etməyə bizə nə haqq verir?

On illik müsbət müştəri təcrübəsindən əlavə, bu, uğurlu laboratoriya sınaqları və müvafiq qurumların təsdiqidir. Hər Ceramic Pro məhsulu illərlə davam edən innovativ işləmə, hərtərəfli sınaqlar və sertifikasiyadan sonra ortaya çıxır. Hər formul nanokeramikamızın örtük sənayesinin qoyduğu bütün tələblərə cavab verdiyini sübut etmək üçün Ar-Ge mütəxəssislərimiz tərəfindən son həddə qədər sınanır. Üstəlik, Ceramic Pro-nun real potensialını göstərmək üçün standart sınaq protokollarını daha da mürəkkəbləşdirməli oluruq!

Nanoshine Group Corp-un Ar-Ge şöbəsi örtük və boya sənayesinin standart sınaqları üçün ən yüksək kriteriyalar qoymağa imkan verən yüksək dəqiqlikli sınaq avadanlığına malikdir. Həmçinin məhsullarımızın göstəricilərini və effektivliyini yoxlamaq üçün rəsmi sertifikasiya və müstəqil sınaqlar üzrə dünyanın aparıcı şirkətləri ilə səmərəli tərəfdaşlıq qurmuşuq.